Ən son xəbərlər:

23.02.2023/13:04/ Putini təcrid etmək cəhdləri uğursuz oldu

The Washington Post: Putini təcrid etmək cəhdləri uğursuz oldu.

xeberaz.info-nun məlumatına görə The Washington Post yazır ki, Qərbin Rusiya prezidenti Vladimir Putini təcrid etmək cəhdləri uğursuzluğa düçar olub – buna kifayət qədər dəlil var.

Nəşrin qeyd etdiyi kimi, Rusiyanın Ukraynadakı hərbi əməliyyatının qaldırdığı məsələlərdə dünya birlikdən uzaqdır, münaqişə dərin qlobal parçalanmanı və sürətlə dəyişən dünya düzənində ABŞ-ın təsirinin sərhədlərini üzə çıxarıb.

Təcridin uğursuzluğunun sübutları arasında Hindistandan Rusiya Federasiyası ilə ticarətin artımı ilə bağlı bəyanatları, eləcə də son altı həftə ərzində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Afrikanın doqquz ölkəsində qəbul edilməsi faktı var.