Ən son xəbərlər:

23.02.2023/09:22/ Tacikistanda 7,3 bal gücündə zəlzələnin baş verdiyi bildirilib

Tacikistanda 7,3 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.

xeberaz.info-nun məlumatına görə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası Alma-Atada MSK-64 şkalası üzrə 2-3 bal gücündə episentri Tacikistanda olan 7 bal gücündə zəlzələ hiss olunması barədə məlumat verib.

Bundan əvvəl Çin Seysmoloji Mərkəzi Çinin şimal-qərbindəki Sintszyan-Uyğur Muxtar Rayonu ilə sərhəd yaxınlığında Tacikistanda 7,3 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi. Mərkəz daha sonra maqnitudanı 7,2-yə endirib. Seysmoloji Mərkəzin məlumatına görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə, Çinlə sərhəddən təxminən 82 kilometr aralıda yerləşib.

Qazax seysmoloqlarının məlumatına görə, zəlzələ Moskva vaxtı ilə saat 03:37-də Qazaxıstanın ən böyük şəhərindən 696 kilometr cənub-qərbdə Tacikistan ərazisində baş verib.

Dağıntılar barədə məlumat verilməyib.