Ən son xəbərlər:

23.02.2023/06:59/ Polşa prezidenti Milli Təhlükəsizlik Şurasını toplayır

Polşa prezidenti Milli Təhlükəsizlik Şurasını toplayır.

xeberaz.info-nun məlumatına görə Polşa prezidenti Andjey Duda Milli Təhlükəsizlik Şurasının fevralın 24-nə iclasını çağırıb. Bu barədə fevralın 22-də Respublika Milli Təhlükəsizlik Bürosu məlumat yayıb.

Büronun məlumatına görə, görüşdə “Polşa və ABŞ prezidentləri arasında məsləhətləşmələr, habelə Buxarest Doqquzluğunun fövqəladə sammiti kontekstində Ukrayna ətrafında vəziyyət müzakirə olunacaq.

Polşa Təhlükəsizlik Şurasının iclaslarında parlamentin yuxarı və aşağı palatalarının spikerləri, baş nazir, Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin rəhbərləri, xüsusi xidmət orqanlarının əlaqələndirici naziri, parlament fraksiyalarının rəhbərləri, prezident aparatının nümayəndəsi və Milli Təhlükəsizlik Bürosunun rəhbərləri iştirak edirlər.

Bayden Polşaya iki günlük səfərini başa çatdırıb, o, Duda, baş nazir Mateuş Moravecki və digər polyak siyasətçiləri ilə görüşüb, həmçinin Buxarest doqquzluğunun (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya) sammitində iştirak edib.