Ən son xəbərlər:

23.02.2023/06:31/ Lavrov Bakıda üçtərəfli sazişlərin icrasını müzakirə edəcək

Lavrov Bakıda üçtərəfli sazişlərin icrasını müzakirə edəcək.

xeberaz.info-nun məlumatına görə Xarici işlər naziri Sergey Lavrov Bakıda Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlərin icrasını müzakirə edəcək. Bu barədə fevralın 22-də jurnalistlər üçün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Söhbət Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, 2022-ci il oktyabrın 31-də imzaladığı sənədlərdən gedir.

27-28 fevral tarixli ikigünlük səfər çərçivəsində Rusiya diplomatiyasının rəhbərinin prezident İlham Əliyevlə görüşü, həmçinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqları gözlənilir.

Lavrov Rusiya-Azərbaycan ekspert şurasının plenar iclasında da çıxış edəcək.

Zaxarova qeyd edib ki, səfər ötən il fevralın 22-də iki ölkə arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin imzalanmasının birinci ildönümünə təsadüf edir. Səfər zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həllinə xüsusi diqqət yetiriləcək.

Rusiya Xarici İşlər Nazirliyi ötən həftə Sergey Lavrovun Bakıya səfərinin hazırlığı barədə məlumat verib.