Ən son xəbərlər:

23.02.2023/06:16/ London Bakını problemli qonşularla Kiyevə doğru cəsarətli addım atmasını alqşlayıb

London Bakını problemli qonşularla Kiyevə doğru cəsarətli addım atmasını alqşlayıb.

xeberaz.info-nun məlumatına görə ötən gün, fevralın 22-də Bakıda səfərdə olan Böyük Britaniyanın Avropa işləri üzrə dövlət naziri Leo Dokertinin ADA Universitetində (Azərbaycan Diplomatik Akademiyası) Birləşmiş Krallığın xarici siyasətinin prioritetləri mövzusunda müzakirəsi zamanı  bildirib ki, Azərbaycanın təhlükəsizliyi bizim üçün Ingiltərənin təhlükəsizliyi qədər vacibdir.

Böyük Britaniyalı nazir bildirib ki, regional vəziyyəti və problemli qonşuları nəzərə alaraq, Azərbaycan cəsarətli addım atdı və Ukraynaya humanitar yardım göstərdi. Biz bunu yüksək qiymətləndiririk. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Ölkəniz enerji və nəqliyyatda mühüm rol oynayır.

Azərbaycanın problemli qonşuları şəraitində London emissarı, kimi  nəzərdə tutduğunu açıqlamayıb.

Onun sözlərinə görə, əvvəllər London və Bakı arasında əməkdaşlıq əsasən enerji resurslarına əsaslansa da, hazırda müxtəlif sahələri əhatə edir və gələcəkdə daha ​​çoxvektorlu olacaq.

Xatırladaq ki, fevralın 15-də Ukrayna prezidenti Vladimir Zelenski azərbaycanlı həmkarına zəng edərək ölkəsinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə və göstərilən humanitar yardıma görə Əliyevə təşəkkür edib.