Ən son xəbərlər:

22.02.2023/17:42/ Hindistanda Özbəkistan-Hindistan hərbi təlimləri başlayıb

Hindistanda Özbəkistan-Hindistan hərbi təlimləri başlayıb.

xeberaz.info-nun məlumatına görə Özbəkistan hərbçiləri şərti terrorçu qrupların axtarışı və məhv edilməsi üzrə birgə təlimlərdə iştirak etmək, həmçinin dağlıq və meşəlik ərazilərdə döyüş əməliyyatları keçirmək üçün Hindistana gəlib. Bu barədə bu gün, fevralın 22-də avesta.tj xəbər verir

Özbəkistanın 45 hərbçisindən ibarət qrup Dustlik-2023 (Dostluq – 2023) birgə ikitərəfli təlimlərində iştirak etmək üçün Hindistana gəlib, – Özbəkistan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

Manevrlər Hindistanın yüksək dağlıq ərazilərində yerləşən Uttarxand hərbi hissələrindən birinin bazasında keçiriləcək və martın 5-dək davam edəcək.

Təlim çərçivəsində şərti terrorçu qrupların axtarışı və məhv edilməsi, dağ maneələrinin aşılması, dağlıq və meşəlik ərazilərdə döyüş əməliyyatlarının aparılması, idman, mədəni-maarif tədbirlərinin keçirilməsi üzrə xüsusi tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulur.

Özbəkistan və Hindistan hərbçiləri üçün “Dustlik-2023” birgə təlimləri son illərdə dördüncü olacaq. Təlimlər ilk dəfə 2019-cu ilin noyabrında Daşkənd vilayətində keçirilib. Sonra 2021-ci ilin martında – Hindistanın Ranixet əyalətində və 2022-ci ilin martında – Özbəkistanın Xorəzm vilayətində keçirilib.