Ən son xəbərlər:

22.02.2023/17:05/ Moskvada Rusiya və Çin xarici işlər nazirləri arasında görüş keçirilib

Moskvada Rusiya və Çin xarici işlər nazirləri arasında görüş keçirilib.

xeberaz.info-nun məlumatına görə ÇKP MK Siyasi Bürosunun üzvü, ÇKP MK-nın Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Van İ Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb. Bu barədə Rusiyanın Telegram kanalları məlumat yayıb.

Van I Moskvada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə danışıqlar aparıb. Sonra tərəflər Asiya-Sakit okean regionunda sülhün möhkəm qorunması, Soyuq müharibə, blok qarşıdurması və ideoloji qarşıdurmaya qarşı çıxmaq zərurəti barədə birgə bəyanat veriblər.