Ən son xəbərlər:

22.02.2023/14:19/ Çin BMT-nin sülhməramlı əməliyyatlarında fəal iştirak edəcək

Çin BMT-nin sülhməramlı əməliyyatlarında fəal iştirak edəcək.

xeberaz.info-nun məlumatına görə Sülhməramlı əməliyyatlar BMT-nin beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün mühüm vasitədir. Çin bunlarda fəal iştirak edəcək. Sinxua agentliyinin bu gün, fevralın 22-də verdiyi məlumata görə, bunu Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Dai Binq BMT Baş Assambleyasının Sülhməramlı Əməliyyatlar üzrə Xüsusi Komitəsinin ümumi müzakirələrində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qlobal çağırışlar daim ortaya çıxır, birtərəflilik, soyuq müharibə düşüncəsi və zorakılıq dünya sülhünü pozur, beynəlxalq sülh və təhlükəsizlik sahəsində qeyri-müəyyənlik və qeyri-sabitlik artmaqda davam edir.

Bunun fonunda “Sülhməramlı fəaliyyət Plus” təşəbbüsünü həyata keçirmək, sülhməramlı əməliyyatları təkmilləşdirməyə davam etmək və onların rolundan daha yaxşı istifadə etmək vacibdir. Birincisi, sülhməramlı əməliyyatların ümumi planlaşdırılması gücləndirilməlidir. İkincisi, sülhməramlıların təhlükəsizliyi təmin edilməlidir. Üçüncüsü, biz sülhməramlı tərəfdaşlığı gücləndirməkdə davam etməliyik”. Dai Bing belə bildirib.

Diplomat qeyd edib ki, Çin BMT-nin sülhməramlı əməliyyatları üçün ikinci ən böyük maliyyə donorudur. Ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında ən böyük sülhməramlı kontingenti təmin edir, həmçinin 8000 nəfərlik ehtiyat sülhməramlı qüvvə yaradıb. Çin sülhməramlıların təhlükəsizliyi üzrə Dostlar Qrupunun yaradılmasına rəhbərlik edib və onların təhlükəsizliyinin möhkəmləndirilməsində fəal rol oynayan sülhməramlıların təhlükəsizliyinə dair bir sıra tematik tədbirlər keçirib. Pekin BMT-nin əsasını təşkil etdiyi beynəlxalq sistemi qətiyyətlə dəstəkləməyə, BMT-nin sülhməramlı əməliyyatlarında fəal iştirak etməyə və beynəlxalq sülh və təhlükəsizliyə daha da çox töhfə vermək üçün bütün tərəflərlə işləməyə davam edəcək.