Ən son xəbərlər:

22.02.2023/13:39/ Missiya gəldi, atışma yenidən başladı: Bakı mövqelərin atəşə tutulmasından şikayətləndi

Missiya gəldi, atışma yenidən başladı: Bakı mövqelərin atəşə tutulmasından şikayətləndi.

xeberaz.info-nun məlumatına görə Fevralın 21-i saat 20.45-dən fevralın 22-si saat 01.20-dək Azərbaycan ordusunun mövqeləri 15 dəfə atəşə tutulub.

Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri müxtəlif kalibrli snayper tüfənglərindən və digər atıcı silahlardan  fasilələrlə Azərbaycan ordusunun  Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu və Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətlərində mövqelərini atəşə tutublar.

Bundan başqa, Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələrinin üzvləri (Dağlıq Qarabağ Müdafiə Ordusunun bölmələri nəzərdə tutulur) Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi yerdən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətində mövqeyini atəşə tutmuşlar.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Qeyd edək ki, son həftələr Ermənistan-Azərbaycan sərhədində nisbi sakitlik ilə yadda qalıb.

Xatırladaq ki, Fevralın 20-dən etibarən Avropa Ittifaqı Ermənistanda sərhəd rayonlarında sabitliyə, insanların etimadının və təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə vermək, həmçinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün şərait yaratmaq məqsədi daşıyan vətəndaş müşahidə missiyasını yerləşdirib.