Ən son xəbərlər:

22.02.2023/09:18/ BMT Baş Assambleyasının Rusiya əleyhinə qətnaməsi 68 ölkə tərəfindən dəstəklənib

BMT Baş Assambleyasının Rusiya əleyhinə qətnaməsi 68 ölkə tərəfindən dəstəklənib.

xeberaz.info-nun məlumatına görə BMT Baş Assambleyasının katibliyinə təqdim edilən Ukraynada sülhün əldə edilməsinə dair Rusiya əleyhinə qətnaməni 68 ölkə dəstəkləyib. Bunu çərşənbə axşamı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild keçirdiyi brifinqdə deyib.

Qətnamə layihəsi Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhə çağırış edir.

ABŞ səfiri bildirib ki, bu günə qədər 68 ölkə bu mühüm sənədi dəstəkləyib və biz BMT-yə üzv olan bütün ölkələri bu qətnaməyə səs verməyə, sülhə səs verməyə çağırırıq.

Bundan əvvəl Baş Assambleya sədrinin rəsmi nümayəndəsi Polina Kubiyak bildirib ki, Ukrayna lideri Vladimir Zelenskinin planı əsasında Ukraynada sülhün əldə edilməsi ilə bağlı Rusiyaya qarşı yönəlmiş qətnamə BMT Baş Assambleyasının katibliyinə göndərilib. Qətnamə, digər məsələlərlə yanaşı, Rusiyanı Ukraynadan qoşunlarını çıxarmağa çağırır. Sənədin müzakirəsi və səsverməsi fevralın 22-23-nə təyin edilib.