Ən son xəbərlər:

22.02.2023/07:32/ Polşa Belarus yük maşınlarının hərəkətini bağlayıb

Polşa Belarus yük maşınlarının hərəkətini bağlayıb.

xeberaz.info-nun məlumatına görə Polşa Belarusda qeydiyyatdan keçmiş yük maşınlarının ölkələr arasında sonuncu işçi keçid məntəqəsində hərəkətini bağlayır.

Rəsmi Varşava belə bir qərarın Belarus tərəfinin Polşa daşıyıcılarına münasibətdə hərəkətlərinə cavab olaraq verildiyini bildirib. Fevralın 18-dən Belarus hakimiyyətinin qərarı ilə Polşada qeydiyyatda olan yük maşınları Belarusa yalnız Polşa-Belarus sərhədindən daxil olur.

Bu, ötən həftə Polşa hakimiyyətinin təşəbbüsü ilə Polşa-Belarus keçid məntəqəsi Bobrovniki bağlandıqdan sonra baş verib.

Eyni zamanda, Polşa tərəfi qeyd edir ki, sərnişinlər əvvəlki kimi Terespoldakı sərhəd keçid məntəqəsindən keçə bilərlər.

Polşa Sərhəd Mühafizəsi öz növbəsində bildirib ki, ölkəyə yalnız Polşada, eləcə də Avropa İqtisadi Zonası, Avropa Azad Ticarət Assosiasiyası və İsveçrədə qeydiyyatda olan yük avtomobilləri buraxılacaq.