Ən son xəbərlər:

09.02.2023/19:31/ Sanksiyalar Suriyada zəlzələdən xilasetmə səylərinə mane olmamalıdır

Quterreş: Sanksiyalar Suriyada zəlzələdən xilasetmə səylərinə mane olmamalıdır.

xeberaz.info-nun məlumatına görə BMT-nin baş katibi Antonio Quterreş vurğulayıb ki, zəlzələdən sonra heç bir sanksiyalar Suriyaya humanitar yardımın göstərilməsinə mane olmamalıdır.

Quterreş, zəlzələ ilə əlaqədar Suriyadan sanksiyaların götürülməsinin lazım olub-olmaması sualını cavablandırarkən bildirib ki, “Hər hansı bir sanksiya hazırda Suriya xalqına yardım göstərilməsinə mane olmamalıdır”. O, əlavə edib ki, bütün ölkələr bunu aydın şəkildə dərk etməlidir.

Bundan əvvəl Suriyanın BMT-dəki səfiri Bassam Sabbah bildirmişdi ki, ABŞ-ın sanksiyaları səbəbindən ölkəyə humanitar yardımın hava yolu ilə çatdırılması çətinləşib.