Ən son xəbərlər:

09.02.2023/06:10/ Bayden 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir

Bayden 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

xeberaz.info-nun məlumatına görə  ABŞ prezidenti Co Bayden 2024-cü il seçkilərində iştirak etmək niyyətində olduğunu və yaşla bağlı narahat olmadığını bildirib, lakin hələlik qəti qərara gəlməyib.

Bayden daha əvvəl 2024-cü ildə yenidən namizəd olmaq niyyətində olduğunu bildirsə də, hələlik bu barədə rəsmi açıqlama verməyib.

Bir gün əvvəl ABŞ-ın 80 yaşlı prezidenti Konqresdə çıxış edərək, seçkilərdə iştirak edəcəyi təqdirdə seçkilərin keçirildiyi vaxt 82 yaşı olacağını, qalib gəlsə, ikinci səlahiyyət müddətini 86 yaşında başa vuracağını bildirib.

Bayden artıq ABŞ-ın ən yaşlı prezidentidir.