Ən son xəbərlər:

09.02.2023/05:48/ Bu gün Avropada baş verənlər sabah Asiyada baş verə bilər

Bu gün Avropada baş verənlər sabah Asiyada baş verə bilər.

xeberaz.info-nun məlumatına görə NATO hesab edir ki, Ukraynadakı münaqişə Asiyada təkrarlana bilər, çünki Çin sürətlə ordusunu gücləndirir və Tayvanı hədələməklə Ukrayna münaqişəsindən dərs alır. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib.

Çin Ukraynadakı münaqişənin dərslərini diqqətlə izləyir və bu, onun qərarlarına təsir edir. Bu gün Avropada baş verənlər sabah Asiyada baş verə bilər. Çin heç bir şəffaflıq olmadan öz ordusunu, o cümlədən nüvə imkanlarını kütləvi şəkildə yenidən qurur. O, Cənubi Çin dənizinə nəzarət etməyə və Tayvanı təhdid etməyə çalışır.