Ən son xəbərlər:

08.02.2023/13:05/ Zelenskinin Londona səfəri məlum olub

Zelenskinin Londona səfəri məlum olub.

xeberaz.info-nun məlumatına görə Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü, fevralın 8-də Londona səfər edəcək, burada Böyük Britaniyanın baş naziri Rişi Sunak və bu ölkədə təlim keçən Ukrayna hərbçiləri ilə görüşəcək. Bu barədə Sky News Britaniya baş nazirinin ofisinə istinadən xəbər verir. Səfərin digər təfərrüatları barədə məlumat verilməyib.

Bundan əvvəl məlum olmuşdu ki, fevralın sonunda Zelenski Polşada ABŞ prezidenti Co Baydenlə görüşə bilər. Polşa mətbuatı görüşün ya Varşavada, ya da Rzeşovda baş tuta biləcəyini yazıb.

Qeyd olunub ki, görüş zamanı Bayden Ukraynadakı münaqişənin həlli üçün “sülh planı” təqdim edə və beynəlxalq konfransa çağıra bilər.