Ən son xəbərlər:

08.02.2023/11:12/ Zəlzələ Türkiyə iqtisadiyyatına ÜDM-in 2%-i qədər ziyan vura bilər

Zəlzələ Türkiyə iqtisadiyyatına ÜDM-in 2%-i qədər ziyan vura bilər.

xeberaz.info-nun məlumatına görə Fevralın 7-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələ nəticəsində 3549 nəfərin öldüyünü, 22168 nəfərin yaralandığını bildirib. Habertürk-ün Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadən verdiyi məlumata görə, 5775 bina dağılıb.

Ərdoğan 3 ay müddətinə 10 əyalətdə fövqəladə vəziyyət elan edib və qeyd edib ki, hakimiyyət nəticələrin aradan qaldırılması üçün 53 milyon dollardan çox vəsait ayırıb. Suriyada rəsmi məlumata görə, azı 1602 nəfər ölüb, 2000-ə yaxın insan yaralanıb.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Adelheid Marchang Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib ki, iki ölkədə 23 milyon insan, o cümlədən 5 milyon xüsusilə həssas insanlar zəlzələdən zərər çəkə bilər. Türkiyədə 15 milyona yaxın insanın yaşadığı 10 əyalət eyni anda təsirlənib.