Ən son xəbərlər:

08.02.2023/06:01/ Nebenzya Ukraynadakı münaqişənin nə vaxt bitəcəyini deyib

RF-in BMT-dəki daimi nümayəndəsi Nebenzya Ukraynadakı münaqişənin nə vaxt bitəcəyini deyib.

xeberaz.info-nun məlumatına görə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Ukraynada davam edən münaqişə yalnız Qərb dövlətlərinin Rusiyaya qarşı proksi müharibəsini dayandıracağı təqdirdə həll edilə bilər.

Bu münaqişəni təşviq edənlər, onlar üçün canlarını verən yoxsul ukraynalıların köməyi ilə bizə qarşı proxy müharibəsini dayandırdıqda, ilk gündən aydın şəkildə müəyyən etdiyimiz narahatlıqlarımıza qarşı real mövqe tutduqda, düşünürəm ki, sülh perspektivi daha da yaxınlaşacaq”, – rusiyalı diplomat suriyalı həmkarı Bassam Sabbagh ilə birgə mətbuat konfransında belə bildirib.

O vurğulayıb ki, Rusiya sülhə ümid edir.