Ən son xəbərlər:

08.02.2023/04:52/ Zəlzələ türk lirəsini rekord minimum həddə çatdırıb

Zəlzələ türk lirəsini rekord minimum həddə çatdırıb.

xeberaz.info-nun məlumatına görə İstanbul Birjası Borsa İstanbul zəlzələ bölgəsində bir neçə şirkətin səhmləri ilə əməliyyatları müvəqqəti dayandırdığını açıqlayıb. Türkiyədə baş verən zəlzələdən sonra lirə rekord həddə düşüb və onun əsas fond bazarı 1,35% ucuzlaşıb.

Reuters xəbər verir ki, erkən ticarətdə lirə dollar qarşısında 18,85-ə düşüb. Əsas fond göstəricisi (.XU100) bir nöqtədə 5%, banklar (.XBANK) isə 5,5% ucuzlaşıb. İtkilərin əksəriyyəti bərpa edilib.

Zəlzələ ölkədə dolların təzyiqini, geosiyasi riskləri və inflyasiya göstəricilərini artırıb.

Fevralın 6-na keçən gecə Türkiyə və Suriyanın sərhədyanı bölgələrində 7,8 bal gücündə güclü zəlzələ baş verib. Ardınca onlarla afterşok baş verib.

Bu, Türkiyədə 1939-cu ildən bəri ən güclü zəlzələdir. Yeraltı təkanlar Misir, Livan və İraqda da hiss olunub.

Zəlzələ nəticəsində mindən çox bina dağılıb. Fevralın 6-da günortadan sonra Türkiyədə ikinci güclü zəlzələ baş verib. 7 fevral 2023-cü il tarixinə Türkiyə və Suriyada baş verən zəlzələ zamanı ölənlərin sayı 5 mini keçib.