Ən son xəbərlər:

08.02.2023/04:25/ Latviya Ukraynaya kömək etmək üçün yeni üsul tapıb

Latviya Ukraynaya kömək etmək üçün yeni üsul tapıb.

xeberaz.info-nun məlumatına görə Latviyanın maliyyə naziri sərxoş sürücülərdən müsadirə edilən avtomobillərin pulsuz olaraq Ukraynaya verilməsini təklif edib. Arvils Asheradens qanunlara bunu etməyə imkan verən düzəlişlər etməyi təklif edir, Dövlət Gəlirləri Xidmətinin baş direktoru İeva Jaunzeme LTV telekanalına bildirib, Onun sözlərinə görə, hazırda avtomobillərin müsadirə sistemi şəffafdır.

Adətən Latviyada sərxoş sürücülərdən müsadirə edilən avtomobillər Dövlət Gəlirləri Xidmətinin təşkil etdiyi hərraclarda satılır. Maşınları kifayət qədər ucuz qiymətə görə hər kəs ala bilər.

Xatırladaq ki, Latviya Rusiya Federasiyasının Ukrayna ilə tammiqyaslı müharibəyə başlayandan bu ölkəyə dəstək verir. Latviya prezidentinin adı Kiyevdəki Cəsarət xiyabanında peyda olub.