Ən son xəbərlər:

08.02.2023/03:59/ BMT Ukraynadakı müharibənin hazırkı nəticələrini açıqladı

BMT Ukraynadakı müharibənin hazırkı nəticələrini açıqladı.

xeberaz.info-nun məlumatına görə Ukraynada 17 milyon 600 min insanın, yəni ölkə əhalisinin demək olar ki, 40%-nin humanitar yardıma ehtiyacı var. Bunu BMT Təhlükəsizlik Şurasının iclasında 2022-ci ilin dekabrında Ukraynaya səfər edən və ukraynalıların məhvini və məhrumiyyətlərini öz gözləri ilə görən BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits deyib.

Martin Qriffits bildirib ki, 7 mindən çox dinc sakin müharibənin qurbanı olub. Demək olar ki, 8 milyon ukraynalı başqa ölkələrə gedib, 5,3 milyonu isə məcburi köçkündür. İclasda o, ukraynalıların həftələrdir zirzəmilərdəki partlayışlardan gizləndiyini bildirib. Evlər, məktəblər, xəstəxanalar və digər mülki infrastruktur dağıdılıb, bütün şəhərlər və kəndlər xarabalığa çevrilib.Və bu zorakılığın sonu görünmür. Keçən həftə bombardmanlar xəstəxanaların dağıdılmasına, onlarla insanın ölümünə və yaralanmasına səbəb olub.

Onun məlumatına görə, ötən il BMT-nin 650 humanitar təşkilatı Ukraynanın 24 bölgəsində təxminən 16 milyon insana, o cümlədən işğal olunmuş ərazilərin təxminən 1,5 milyon əhalisinə yardım göstərib.

Qriffits əlavə edib ki, bir neçə gündən sonra o, Cenevrədə beynəlxalq donorların müharibədən əziyyət çəkən 11 milyon insanın köməyinə 4 milyard dollar ayırmasını nəzərdə tutan Ukraynaya 2023-cü il üçün yeni yardım proqramını təqdim edəcək.