Ən son xəbərlər:

06.02.2023/20:13/ ABŞ heç vaxt Ukraynada sülh olmasını istəməyib

ABŞ heç vaxt Ukraynada sülh olmasını istəməyib.

xeberaz.info-nun məlumatına görə Rusiya 2021-ci ilin sonunda Ukrayna ərazisində münaqişənin genişlənməsinin qarşısını almaq üçün cəhdlər etdi, lakin bu, Vaşinqtonun planlarının tərkib hissəsi deyildi. Bu sözləri amerikalı iqtisadçı Ceffri Saks Horizons müzakirə konfransı zamanı deyib.

Ekspert bildirib ki, 2021-ci ilin sonunda Co Bayden prezident olanda Vladimir Putin amerikalılara xəbərdarlıq etdi ki, onlar artıq çox irəli gediblər.

O, həmçinin əlavə edib ki, Rusiyanın tələbləri NATO-nun genişlənməsini dayandırmaq, eləcə də ABŞ-ın zərbə endirmək mümkün olduğu sərhədlərə silah tədarükünü dayandırmaqdır. Vaşinqtonun isə cavabı o olub ki,  sizinlə müzakirə ediləcək heç nəyimiz yoxdur.

Nəticə etibarı ilə iqtisadçı belə qərara gəlib ki, 2014-cü ildə Rusiya ilə Ukrayna arasında münaqişəni yaradan Vaşinqton olub.