Ən son xəbərlər:

06.02.2023/19:35/ Almaniya Ukraynaya tez bir zamanda tank göndərə bilmir

Almaniya Ukraynaya tez bir zamanda tank göndərə bilmir.

xeberaz.info-nun məlumatına görə Almaniyanın iki Leopard 2 tank batalyonunu Ukraynaya göndərmək planları Kiyev və Almaniyada istədiklərindən qat-qat yavaş sürətlə həyata keçirilir. Bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb. Eyni zamanda hərbi texnikanın transferi təkcə Almaniyadan deyil, digər ölkələrdən də olmalıdır.

Almaniyanın Avropalı müttəfiqlərdən iki batalyon Leopard 2 tankını tez bir zamanda toplayaraq Ukraynaya göndərmək planı gözlənildiyindən daha yavaş sürətlə həyata keçirilir.

Qeyd olunur ki, bəzi dövlətlər Kiyevi öz ehtiyatlarından tanklarla təmin edib-etməmək barədə qərar vermədiyi üçün döyüş maşınları göndərilmir. Eyni zamanda, digər ölkələr özlərini zəiflədəcəklərindən qorxduqları üçün texnika göndərməkdən çəkinirlər.