Ən son xəbərlər:

06.02.2023/19:19/ ABŞ Yaponiyada hipersəs raketləri yerləşdirməyi planlaşdırır

ABŞ Yaponiyada hipersəs raketləri yerləşdirməyi planlaşdırır.

xeberaz.info-nun məlumatına görə Söhbət LRHW uzun mənzilli hipersəs silahlarından və yerüstü qanadlı raketlər olan Tomahawk-dan gedir. ABŞ hakimiyyəti Yaponiya ilə Çin arasında güc balansını təmin etmək üçün Yaponiyadan öz ərazisində öz Tomaqavk raketlərini yerləşdirməyə icazə istəyib.

“The Sankei Shimbun” xəbər verir ki, raketlərin Yaponiya arxipelaqının da daxil olduğu ilk adalar silsiləsində yerləşdirilməsi planlaşdırılır. Raketlərin növünə gəlincə, hesabatda ABŞ-da inkişaf etdirilən LRHW uzaqmənzilli hipersəs silahı və yerüstü Tomahawk qanadlı raketi qeyd edilib.

Raketlərin yeri hələlik məlum deyil. Lakin Yaponiya hökumətinin nümayəndəsi bildirib ki, bu, Kyuşu və digər yerlər ola bilər.