Ən son xəbərlər:

06.02.2023/18:57/ YUNESKO-nun irs siyahısına daxil olan Qaziantepdəki türk qalası zəlzələ nəticəsində uçub

YUNESKO-nun irs siyahısına daxil olan Qaziantepdəki türk qalası zəlzələ nəticəsində uçub.

xeberaz.info-nun məlumatına görə Türkiyənin Qaziantep vilayətində YUNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş tarixi qala bazar ertəsi günü 7,4 bal gücündə zəlzələ nəticəsində uçub. Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Məlumata görə, binaya dəymiş ziyan hələ müəyyənləşdirilməyib. Məlum olub ki, bəzi yerlərdə divarlar təkanlardan sonra uçub.

Qaziantep qalası 25-30 metr hündürlüyündə bir təpədə yerləşir. Binanın tarixi və müəllifi haqqında dəqiq məlumat yoxdur, lakin onun haqqında ilk məlumatlar eramızın II-III əsrlərinə təsadüf edir.