Ən son xəbərlər:

06.02.2023/10:50/ Ukrayna Rusiya Federasiyasının yeni hücumu ilə bağlı etibarlı məlumat alıb

Ukrayna Rusiya Federasiyasının yeni hücumu ilə bağlı etibarlı məlumat alıb.

xeberaz.info bildirir ki,  Financial Timesın Ukrayna Müdafiə Nazirliyi və Ukrayna Silahlı Qüvvələrindəki mənbələrə istinadən verdiyi məlumata görə, rəsmi Kiyev Rusiya qoşunlarının genişmiqyaslı hücuma hazırlaşdığı barədə məlumat alıb.

Ukrayna Rusiyanın 10 gün ərzində başlaya biləcək yeni genişmiqyaslı hücuma başlamaq niyyəti barədə çox etibarlı kəşfiyyat məlumatı alıb.

Belə ki, Luqansk vilayətinin Kremennaya və Liman şəhərləri yaxınlığındakı qərb hissəsi yeni hücum yerinə çevrilə bilər.

Nəşr qeyd edir ki, “Rusiya bir neçə həftədir ki, bu istiqamətdə qoşun toplayır… və həmçinin Donetsk vilayətinin cənubunda qüvvələri cəmləşirdirir.