Ən son xəbərlər:

06.02.2023./09:30/ Yaponiya Rusiya neft məhsulları üçün qiymət limitinin tətbiqinə qoşulub

Yaponiya Rusiya neft məhsulları üçün qiymət limitinin tətbiqinə qoşulub.

xeberaz.info-nun məlumatına görə Yaponiya Xarici İşlər Nazirliyi ölkə hakimiyyətinin Rusiyadan neft məhsullarının qiymətinə məhdudiyyət tətbiq edilməsinə qoşulduğunu bəyan edib. Bildirilir ki, bu tədbirlər hazırda Ukrayna ərazisində yaranan vəziyyətlə əlaqədar tətbiq edilir.

“Dünyada Ukrayna münaqişəsinin həlli üçün göstərilən beynəlxalq səylərə töhfə olaraq, biz Rusiyadan xam neft və neft məhsullarının marjinal dəyərindən yüksək idxalına qadağa qoymaq qərarına gəldik”, – Yaponiya Xarici İşlər Nazirliyi bildirib.

Xatırladaq ki, aşağı qiymətli neft məhsullarının marjinal qiyməti bir barel üçün 40 ABŞ dolları, yüksək qiymətli neft məhsullarının bir barel üçün isə 100 ABŞ dollarıdır.