Ən son xəbərlər:

06.02.2023./06:40/ Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib

Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib.

xeberaz.info-nun məlumatına görə Türkiyənin mərkəzi hissəsində 7,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Onun saytında yer alan məlumata görə, zəlzələnin episentri bir milyondan çox əhalisi olan Qaziantep şəhərindən 26 kilometr aralıda yerləşib. Mənbənin cəmi 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Təxminən 10 dəqiqə sonra yaxınlıqda daha bir zəlzələ baş verib. Onun mərkəzi də 10 kilometr dərinlikdə yerləşsə də, zəlzələnin ocağı kənarda – Baxça şəhərindən 37 kilometr aralıda yerləşir. Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.