Ən son xəbərlər:

06.02.2023./06:27/ Papa sülh naminə Putin və Zelenski ilə görüşməyə hazır olduğunu bildirib

Papa Fransisk sülh naminə Putin və Zelenski ilə görüşməyə hazır olduğunu açıqlayıb.

xeberaz.info-nun məlumatına görə Katolik kilsəsinin rəhbəri Ukrayna ilə Rusiya arasındakı münaqişənin həlli üçün vasitəçilik etməyə hazır olduğunu bildirib. Bunu pontifik özü jurnalistlərə Konqodan Vatikana uçarkən deyib.

Fransisk əlavə edib ki,  Ancaq mən Kiyevə getmədim, çünki eyni zamanda Moskvaya getmək mümkün deyildi.

Fransisk Rusiya qoşunlarının Ukraynaya daxil olmasının ikinci günü Rusiya səfirliyinə gəldiyini və dialoq pəncərəsi olduğu halda, Putinlə danışıqlar üçün Moskvaya gəlmək istəyimi bildirib. Onun sözlərinə görə, daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ona deyib ki, “sonra gələrsən”.