Ən son xəbərlər:

06.02.2023./05:49/ ABŞ Ukraynaya uzaqmənzilli mərmilər verə bilər

ABŞ Ukraynaya uzaqmənzilli mərmilər verə bilər.

xeberaz.info-nun məlumatına görə Birləşmiş Ştatlar Ukraynaya təxminən 2,2 milyard dollar dəyərində yardım paketinin bir hissəsi kimi Ukraynanın zərbə dairəsini iki dəfə artıracaq kiçik ölçülü dəqiq idarə olunan hərbi sursatlar (GLSDB) verə bilər.

UNN xəbər verir ki, bu barədə Financial Times bildirib.  Bu mərmilər 150 km-ə qədər məsafədəki hədəfləri vurur və bir neçə növ reaktiv yaylım atəşi sistemlərindən, xüsusən də əvvəllər Ukraynaya tədarük edilən Himarlardan atılır.

Qeyd olunur ki, yardım paketi ABŞ və Almaniyanın keçən həftə əsas döyüş tanklarının göndərilməsi ilə bağlı birgə bəyanatından sonra elan ediləcək.