Ən son xəbərlər:

06.02.2023./05:30/ Rusiyanın xarici işlər naziri İraqa işgüzar səfərə gəlib

Rusiyanın xarici işlər naziri İraqa işgüzar səfərə gəlib.

xeberaz.info-nun məlumatına görə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar günü İraqın paytaxtı Bağdada işgüzar səfər edib. Bu, Rusiya XİN rəhbərinin Mali, Mavritaniya və Sudana da səfər edəcəyi növbəti turunun ilk başlanğıcıdır.

Lavrovun İraq prezidenti Əbdüllətif Rəşid, baş nazir Məhəmməd əl-Sudani, İraq Nümayəndələr Şurasının sədri Məhəmməd əl-Xalbusi və iraqlı həmkarı Fuad Hüseynlə görüşləri gözlənilir.

Bundan əlavə, Lavrovun İraqın keçmiş baş naziri Nuri əl-Maliki ilə  də görüşü planlaşdırılır.