Ən son xəbərlər:

06.02.2023./05:13/ Avropa İttifaqı Gürcüstanı sanksiyalarla hədələyib

Tbilisi Rusiya ilə hava əlaqəsini bərpa edəcəyi təqdirdə Aİ  Gürcüstana sanksiyalar tətbiq edəcək.

xeberaz.info-nun məlumatına görə Avropa İttifaqı Gürcüstan hakimiyyətinə xəbərdarlıq edib ki, ölkə Rusiya ilə birbaşa uçuşları bərpa edərsə və Aİ-nin Moskvaya qarşı tətbiq etdiyi aviasiya sanksiyalarından yan keçməkdə iştirak edərsə, sanksiyalara məruz qala bilər. Bu barədə Aİ Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano bildirib.

Avropa İttifaqı Gürcüstanı Avropa İttifaqı və digər ölkələrin aviasiya sahəsində Rusiyaya qarşı təsdiqlədiyi sanksiyalara qoşulmağa və sanksiyalardan yan keçmək cəhdlərinə qarşı diqqətli olmağa çağırıb. Aİ-nin sanksiya rejimi Aİ-nin Rusiyaya qarşı sanksiyalarından yayınma prosesində iştirak edən və ya onu dəstəkləyənlərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

Stano bildirib ki, Gürcüstan “təhlükəli Rusiya təyyarələrini öz ərazisinə buraxmamalıdır”, çünki onun sözlərinə görə, Rusiya təyyarələrinin 95%-i sanksiyalara görə lazımi təhlükəsizlik standartlarını qoruya bilmir.