Ən son xəbərlər:

06.02.2023 /04:07/ ABŞ Hərbi Hava Qüvvələri onların ərazisinə uçan Çin hava şarını məhv edib

ABŞ Hərbi Hava Qüvvələri onların ərazisinə uçan Çin hava şarını məhv edib.

xeberaz.info-nun məlumatına görə ABŞ hərbçiləri AIM-9X raketi ilə Atlantik okeanı üzərində Çin hava şarını vurub. Əməliyyatda Lenqli Hərbi Hava Qüvvələri bazasından (Virciniya) F-22 qırıcıları iştirak edib. Kanalın mənbəsinin sözlərinə görə, hədəfə bir raket atılıb. Bu barədə şənbə günü CNN telekanalı ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndəsinə istinadən məlumat verib.

Cümə axşamı Pentaqonun sözçüsü Patrick Rayder bildirib ki, ABŞ səlahiyyətliləri ölkənin kontinental hissəsində “kəşfiyyat şarı” görüblər. Hava şarı kommersiya uçuşu üçün standart parametrlərdən xeyli yüksək hündürlükdə olub və yerdəki insanlar üçün təhlükə yaratmayıb. Şənbə günü ABŞ hərbçiləri ABŞ prezidenti Co Baydenin göstərişi ilə Cənubi Karolina sahillərində zondu vurublar.