Ən son xəbərlər:

19.04.2024/17: 29 / İsrail İrana cavab zərbəsi endirib

İsrail İrana cavab zərbəsi endirib

İsrail 13 aprel hücumuna cavab olaraq İrana məhdud zərbə endirib. Bu barədə mənbəyə istinadən Fox News telekanalı məlumat yayıb. ABC telekanalı daha əvvəl Amerika rəsmisinə istinadən İsrailin İslam Respublikasındakı obyektə raket zərbəsi endirməsi barədə məlumat vermişdi.

İranın hava hücumundan müdafiə sistemləri İsfahan səmasında üç pilotsuz təyyarəni vurub. Bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Tasnim agentliyinin məlumatına görə isə, İran ərazisinə heç bir raket hücumu qeydə alınmayıb.