Ən son xəbərlər:

08.04.2024/15: 52// Yellen Çin iqtisadiyyatının ABŞ-a mənfi təsirindən narahatdır

Yellen Çin iqtisadiyyatının ABŞ-a  mənfi təsirindən narahatdır

ABŞ-ın maliyyə naziri Janet Yellen Çin iqtisadiyyatının ABŞ-a  mənfi təsirinin artmasından narahat olduğunu bildirib.

Maliyyə naziri Pekində mətbuat konfransında  Çinin yüksək səviyyəli rəhbərliyinə öz narahatlığımı bildirərək, Çin iqtisadiyyatının ABŞ və dünyaya artan mənfi təsir göstərdiyinə dair əlamətlər olduğunu  qeyd edib.

Yellenin sözlərinə görə, Amerika tərəfi xüsusilə Çin Xalq Respublikasında artan makroiqtisadi balanssızlıqdan  narahatdır. Nazir Çində  zəif ev təsərrüfatlarının istehlakına  və  fərdi sənaye sektorlarına  verilən Çin hökumətinin genişmiqyaslı dəstəyinə işarə edib.