Ən son xəbərlər:

04.04.2024/18: 18// Moldova baş nazirinin müavini Tiraspolla danışıqlardan faktiki olaraq geri çəkildiyini açıqlayıb

Moldova baş nazirinin müavini Tiraspolla danışıqlardan faktiki olaraq geri çəkildiyini açıqlayıb

Moldova baş nazirinin müavini Oleq Serebryan Kişinyovun Tiraspolla danışıqlardan faktiki olaraq geri çəkildiyini açıqlayıb. O, Zona de Securitate portalına müsahibəsində Dnestryanı sahibkarlar üçün gömrük rüsumlarının tətbiqi ilə bağlı qərarları və dərmanların idxalına qoyulan məhdudiyyətləri belə şərh edib.

“Bununla biz Kişinyovun birtərəfli hərəkətlər düsturuna əməl etmək qərarına dair siqnal göndərmək istədik. Əvvəllər biz danışıqlar aparmışıq və bu danışıqlarda Kişinyov və Tiraspol arasında bütün məsələlər üzrə razılığa gəlmişik. İndi Tiraspola riayət etməli olduqları qaydalar verilir. Bu, onları çox qəzəbləndirir. Əslində, biz bu şəkildə hərəkət etməyə başlayanda faktiki olaraq danışıqlar formatını tərk etmişik”, – Serebryan bildirib.