Ən son xəbərlər:

03.04.2024/17: 50// ABŞ İranın Suriyadakı konsulluğuna hücumda iştirak etmədiyini bildirib

ABŞ İranın Suriyadakı konsulluğuna hücumda iştirak etmədiyini bildirib

ABŞ prezident administrasiyası İranın Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinə və iki iranlı generalın və beş hərbi müşavirin ölümünə səbəb olan hava hücumunda ABŞ-ın iştirakının olmadığını bildirib. Bu barədə “Reuters” xəbər verir.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi İranı hava hücumuna görə ABŞ-ın məsuliyyətində ittiham etməyi cəfəngiyyat adlandırıb və Vaşinqtonun istənilən cavab hücumlarına cavab verəcəyi barədə xəbərdarlıq edib.

Kirbi ABŞ-ın İraq və Suriyadakı əsgər və obyektlərinin qorunmasına hər zaman çox ciddi yanaşdığını vurğulayıb və həmçinin ABŞ-ın bu qoşunları qorumaq üçün lazım olan hər şeyi edəcəyinə söz verib.

İranın hücumda günahlandırdığı İsrail hava hücumuna görə məsuliyyəti üzərinə götürməyib.