Ən son xəbərlər:

03.04.2024/17: 44// ABŞ Crocus terror aktından iki həftə əvvəl Rusiyaya xəbərdarlıq etmişdi

ABŞ Crocus terror aktından iki həftə əvvəl Rusiyaya xəbərdarlıq etmişdi

Crocus City Hall-da terror aktından iki həftə əvvəl ABŞ Rusiya hakimiyyətinə xəbərdarlıq etmişdi ki, konsert zalı potensial hücum hədəfinə çevrilə bilər. Bu bəyanatı vəziyyətlə tanış olan Amerika rəsmilərinə istinadən The Washington Post  yayıb.

Nəşrin həmsöhbətlərinin təqdim etdiyi versiyaya görə, Amerika səlahiyyətliləri, iki həftədən çox əvvəl guya ki, Rusiya tərəfini Crocus City Hall-un terrorçuların mümkün hədəfinə çevrilə biləcəyi barədə məlumatlandırıblar. Amerikanın Moskvadakı səfirliyi mart ayında Rusiya paytaxtında mümkün terror aktı ilə bağlı xəbərdarlıq etməzdən bir gün əvvəl ABŞ bu məlumatları Rusiyaya ötürüb.