Ən son xəbərlər:

03.04.2024/17: 39// Tayvan məsələsi Çin-ABŞ münasibətlərində qırmızı xəttdir

Tayvan məsələsi Çin-ABŞ münasibətlərində qırmızı xəttdir

Tayvan məsələsi Pekin və Vaşinqton arasında münasibətlərdə keçilməsi mümkün olmayan əsas qırmızı xəttdir. Bunu Çinin Dövlət rəhbəri Si Cinpin ABŞ prezidenti Co Baydenlə söhbətində deyib.

Çin Mərkəzi Televiziyası Si Cinpindən sitat gətirib: Tayvan məsələsi Çin-Amerika münasibətlərində keçilə bilməyən ilk qırmızı xəttdir. Tayvan müstəqillik qüvvələrinin separatçı fəaliyyətinə, eləcə də onlara kənardan göz yummasına və dəstəkləməsinə gəlincə, biz buna sadəcə dözməyəcəyik – Si Cinpin belə bildirib.