Ən son xəbərlər:

03.04.2024/17: 05// Bayden administrasiyası ABŞ Konqresindən F-15-lərin İsrailə göndərilməsində israrlıdır

Bayden administrasiyası ABŞ Konqresindən F-15-lərin İsrailə göndərilməsində israrlıdır

ABŞ prezidenti Co Baydenin administrasiyası israr edir ki, ABŞ Konqresinin İsrailə 18 milyard dollar dəyərində F-15 qırıcı təyyarələrinin tədarükünə razılıq versin. Bu barədə mənbələrə istinadən The New York Times məlumat yayıb.

Nəşrin sözlərinə görə, ABŞ Dövlət Departamenti Konqresin iki komitəsinə qeyri-rəsmi bildiriş göndərərək onlardan İsrailə 50-yə qədər döyüş təyyarəsi göndərmək planına baxmağı tələb edib.

Nəşr qeyd edir ki, yəhudi dövləti Qəzza zolağına hücum üçün hazırkı F-15-lərdən istifadə edir. Qəzet yazır ki, bununla belə, hökumət çətin ki, beş ildən tez qırıcı təyyarələr alsın.