Ən son xəbərlər:

14.03.2024/15:24//Avropa İttifaqı bir sıra ölkələr üçün vizasız rejimi dayandıra bilər

Avropa İttifaqı bir sıra ölkələr üçün vizasız rejimi dayandıra bilər

Avropa İttifaqı bir sıra xarici ölkələrlə (Ukrayna, Moldova və Balkan ölkələri nəzərdə tutulur) qısamüddətli səfərlər üçün vizasız rejimlərin dondurulması şərtləri barədə razılığa gəlib.

Aİ səfirləri vətəndaşları Şengen zonasına səfər etmək üçün viza almaq zərurətindən azad olan xarici ölkələrlə vizasız rejimlərin dondurulmasına dair tədbirləri yekunlaşdırmaq üçün qətnamə layihəsi üzərində razılaşıblar, – məlumatda belə bildirilir.

Avropa İttifaqı Şurasının sənədlərinə əsasən, bundan sonra Aİ istənilən ölkə ilə 9 aydan 3 ilə qədər müddətə vizasız gediş-gəlişi dayandıra biləcək. Bu qərarın səbəbləri siyahısına xüsusi olaraq üç yeni maddə daxildir. Birincisi, xarici dövlətin viza siyasəti sahəsində icma tələblərinə kifayət qədər əməl etməməsi, ikincisi, əgər bu ölkədə pulla vətəndaşlıq almaq sxemləri varsa, üçüncüsü, xarici dövlətin ərazisində hibrid təhlükələr və onun miqrasiya qanunvericiliyində çatışmazlıqlar olduqda.