Ən son xəbərlər:

06.03.2024/15: 45/Aİ Rusiyanın dondurulmuş aktivlərindən Kiyevə necə istifadəsini müzakirə edir

Aİ Rusiyanın dondurulmuş aktivlərindən Kiyevə necə istifadəsini müzakirə edir

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin təkcə Ukraynanın bərpası üçün deyil, həm də Kiyevə hərbi dəstək üçün istifadə imkanlarını müzakirə edir. Bunu Aİ diplomatiyasının rəhbəri Xosep Borrell Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

Rusiyanın dondurulmuş aktivlərindən təkcə Ukraynanın yenidən qurulmasını dəstəkləmək üçün yox, onlardan Ukraynanın dağıdılmasının qarşısını almaq üçün də istifadə edilə bilər. Bu isə Ukraynanın hərbi potensialının və ya müdafiə-texnoloji bazasının artırılması deməkdir”, – Borrell  belə bildirib.

Diplomatın  sözlərinə görə, “dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin Avropa Sülh Fondu vasitəsilə Ukraynaya hərbi yardımın tədarükü və alınması üçün potensial istifadəsi irəliyə doğru daha bir addım olardı.