Ən son xəbərlər:

05.0.2024/10:34/Aİ-nin IRIS2 peyk bürcünün əsas idarəetmə mərkəzi İtaliyanın Fuçino Kosmik Tədqiqat Mərkəzində yerləşəcək

Aİ-nin IRIS2 peyk bürcünün əsas idarəetmə mərkəzi İtaliyanın Fuçino Kosmik Tədqiqat Mərkəzində yerləşəcək

Aİ-nin IRIS2 peyk bürcünün əsas idarəetmə mərkəzi internetə çıxışını təmin etmək üçün İtaliyanın Fuçino Kosmik Tədqiqat Mərkəzində yerləşəcək. Bu barədə Leonardo hərbi-sənaye konsorsiumu tərəfindən idarə olunan mərkəzə səfəri zamanı müəssisə və İtaliya istehsalı naziri Adolfo Urso bildirib. Urso Avropa IRIS2 sisteminin 2027-ci ilə qədər tam gücünə çatmalı olduğunu xatırladıb.

IRIS2 müxtəlif orbitlərdə yerləşdirilmiş bir neçə yüz peykdən ibarət olacaq. 6 milyard avro dəyərində qiymətləndirilən bu Aİ layihəsi cəmiyyətin texnoloji suverenliyini gücləndirməlidir. Jayihənin ümumi dəyərinə Aİ-nin töhfəsi 2,4 milyard avro təşkil edəcək. Bundan əlavə, 750 milyon avro Avropa Kosmik Agentliyindən gələcək, qalan maliyyənin isə özəl şirkətlər tərəfindən təmin ediləcəyi gözlənilir.

Güman edilir ki, IRIS2 hazırda aşağı orbitli peyklərin ən böyük operatoru olan amerikalı sahibkar İlon Maskın SpaceX şirkətinin Starlink peyk rabitə şəbəkəsinin analoqu olacaq.