Ən son xəbərlər:

15.02.2024/17:51/Almaniya iqtisadiyyatı ÜDM-in həcminə Yaponiyanı geridə qoyaraq dünyada üçüncü oldu

Almaniya iqtisadiyyatı ÜDM-in həcminə Yaponiyanı geridə qoyaraq dünyada üçüncü oldu  Almaniya əvvəllər ÜDM-in həcminə görə dünyada üçüncü yeri tutan Yaponiyanı geridə qoyub. Bu barədə cümə axşamı, fevralın 15-nə keçən gecə Reuters agentliyi Yaponiya hökumətinin məlumatlarına istinadən bildirib.

Bu statistikaya görə, Yaponiyanın ÜDM-i 2023-cü ildə 4,2 milyard ABŞ dollarına çatıb və illik 1,9% artım tempi göstərib. 2023-cü ildə Almaniya iqtisadiyyatının həcmi isə 4,5 milyard ABŞ dollarına bərabər olub.

Bu Asiya ölkəsinin iqtisadiyyatı xüsusilə milli valyuta olan yenin dəyərinin kəskin ucuzlaşmasından ağır zərbə alıb. Yaponiyada qlobal artımın azalması və zəif daxili tələb səbəbindən 2024-cü ilin birinci rübündə də ölkə iqtisadiyyatının yenidən geriləmə riski  etimalı var.