Ən son xəbərlər:

15.02.2023/17:10/Türkiyənin yük gəmisi altı dənizçi ilə birlikdə Mərmərə dənizində batıb

Türkiyənin yük gəmisi altı dənizçi ilə birlikdə Mərmərə dənizində batıb

Türkiyə bayrağı altında üzən yük gəmisi altı dənizçi ilə Mərmərə dənizində batıb. Hadisənin baş verdiyi Bursa vilayətinin qubernatoru Mahmud Demirtaş, onların axtarışına başlanıldığını bildirib.

69 metrlik “Batuhan” yükdaşıyıcısının göyərtəsində 6 nəfər olub, onların hamısı Türkiyə vətəndaşıdır. Onların axtarış-xilasetmə işlərinə başlanılıb, – Demirtaş TRT Haber telekanalının efirində bel’ bildirib.

Qubernatorun sözlərinə görə, hadisə bağlı siqnal səhər yerli vaxtla 06:20 radələrində daxil olub. Hadisə yerinə 3 sahil mühafizə gəmisi və bir helikopter göndərilib. Dənizçilərin axtarışına güclü dalğalar mane olur.