Ən son xəbərlər:

14.02.2023/14:49/Ukraynada universitetlərin sayını azaltmaq istəyirlər

Ukraynada universitetlərin sayını azaltmaq istəyirlər

xeberaz.info xarici KIV-lərə istinadən xəbər verir ki, Ukraynada universitetlərin sayını azaltmaq istəyirlər. Hazırda ölkədə 164 universitet var, gözlənilən konsolidasiyadan sonra onların sayı 100-ə çatacaq.

Ukraynada beş mindən az tələbəsi olan universitetlər birləşdiriləcək. Beləliklə, ölkədə ali təhsil müəssisələrinin sayı 164-dən 100-ə enəcək. Bu barədə çərşənbə axşamı Ukraynanın “Strana” nəşri özünün Telegram-kanalında yazıb.

Nəşrin yazdığına görə, onlar multidissiplinar, politexnik və texnoloji universitetləri ilk növbədə fəaliyyətini dayandırmış sənaye universitetləri ilə birləşdirmək istəyirlər.