Ən son xəbərlər:

31.12.2023/11:40/ Niyazi Bayramov Yeni ili Gəncə Uşaq Evinin sakinləri ilə birlikdə qeyd edib

Niyazi Bayramov Yeni ili Gəncə Uşaq Evinin sakinləri ilə birlikdə qeyd edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Gəncə Uşaq Evinin sakinləri ilə görüşüb. Gəncənin Mərkəzi meydanında qurulan “Yeni il şəhərciyi”ndə baş tutan görüşdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Niyazi Bayramov Gəncə Uşaq Evinin Sakinlərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib, onlara uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayıb.

Tədbir iştirakçıları Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində Mərkəzi Mədəniyyət Evinin kollektivinin hazırladığı konsert proqramını izləyiblər. Uşaqlar Şaxta baba və Qar qızla birlikdə rəqs edərək, əyləniblər.

Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova dövlət tərəfindən uşaqlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirib.

xeberaz.info xarici KIV-lərə istinadən xəbər verir ki, Hindistan yaxın 5 il ərzində Yer səthini müşahidə etmək üçün 50 peyk buraxmağı planlaşdırır. Bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) rəhbəri Şridhara Somanat məlumat verib.

Kosmik peyklərin bürcünün genişləndirilməsi nəticəsində Hindistan çox böyük potensial qazanacaq. Biz həm Hindistan ərazisini, həm də qonşu bölgələri izləyə biləcəyik, – deyə Somanath bildirib. Böyük miqyasda peyklərin buraxılması Hindistana təhlükəsizliyinə təhdidləri azaltmağa imkan verəcək.

Onun sözlərinə görə, yeni kosmik aparatların yaradılması zamanı ISRO süni intellektdən istifadə etməklə daha çox yanaşmalar, eləcə də yer səthində məlumatların toplanması və təhlili üçün qabaqcıl optik və elektron sistemlərdən istifadə etməyi planlaşdırır.