Ən son xəbərlər:

30.12.2023/10:22/ Hindistan 2028-ci ilə qədər kosmosa 50 peyk buraxmağı planlaşdıdir

Hindistan 2028-ci ilə qədər kosmosa 50 peyk buraxmağı planlaşdıdir.

xeberaz.info xarici KIV-lərə istinadən xəbər verir ki, Hindistan yaxın 5 il ərzində Yer səthini müşahidə etmək üçün 50 peyk buraxmağı planlaşdırır. Bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) rəhbəri Şridhara Somanat məlumat verib.

Kosmik peyklərin bürcünün genişləndirilməsi nəticəsində Hindistan çox böyük potensial qazanacaq. Biz həm Hindistan ərazisini, həm də qonşu bölgələri izləyə biləcəyik, – deyə Somanath bildirib. Böyük miqyasda peyklərin buraxılması Hindistana təhlükəsizliyinə təhdidləri azaltmağa imkan verəcək.

Onun sözlərinə görə, yeni kosmik aparatların yaradılması zamanı ISRO süni intellektdən istifadə etməklə daha çox yanaşmalar, eləcə də yer səthində məlumatların toplanması və təhlili üçün qabaqcıl optik və elektron sistemlərdən istifadə etməyi planlaşdırır.