Ən son xəbərlər:

18.12.2023/05:26/ Almaniyada qeyri-qanuni qalan Gürcüstan vətəndaşlarının deportasiyası sadələşdiriləcək

Almaniyada qeyri-qanuni qalan Gürcüstan vətəndaşlarının deportasiyası sadələşdiriləcək.

xeberaz.info xəbər verir ki, Almaniya və Gürcüstan əmək miqrasiyasını və eyni zamanda Almaniyada qeyri-qanuni qalan Gürcüstan vətəndaşlarının deportasiyasını sadələşdirən miqrasiya sazişi imzalayacaqlar. Bu barədə “Spiegel” nəşri yazır.

Həftənin əvvəlində Almaniyanın daxili işlər naziri Nensi Feser sazişi imzalamaq üçün Gürcüstana səfər edəcək. Moldova və digər regionların bir sıra ölkələri ilə də oxşar sazişlər hazırlanır.

Bununla biz ixtisaslı işçilərin immiqrasiya etməsinə imkan yaradacağıq və eyni zamanda Almaniyada qalmaq hüququ olmayan insanların evlərinə qayıtması ilə razılaşacağıq, – nazir belə  deyib.

O, əlavə edib ki, Gürcüstan “təhlükəli ölkə” hesab edilmir və Gürcüstanda təqib olunma riski əsasında sığınacaq üçün verilən müraciətlərin faizi cəmi 0,3% təşkil edir.

Feser bildirib ki, 2023-cü il ərzində Gürcüstan vətəndaşlarından 8000-dən çox ilkin sığınacaq müraciəti daxil olub.

Xatırladaq ki, bu yay Almaniya Gürcüstan və Moldovanı təhlükəsiz ölkələr siyahısına əlavə edib.