Ən son xəbərlər:

06.12.2023/08:36/ Qəzzada quru əməliyyatının üçüncü mərhələsi başlayıb

Qəzzada quru əməliyyatının üçüncü mərhələsi başlayıb.

xeberaz.info xəbər verir ki, İsrail ordusu Qəzza zolağında quru əməliyyatının üçüncü mərhələsinə daxil olub və hazırda anklavın cənub hissəsindəki ən böyük şəhər olan Xan Yunis ərazisini mühasirəyə alır. Bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.

Müharibənin başlamasından 60 gün sonra İsrail qoşunları Qəzza zolağının cənubundakı Xan Yunis ərazisini mühasirəyə alıb.

Biz yerüstü əməliyyatların üçüncü mərhələsinə keçdik. Biz Qəzza zolağının şimalında HƏMAS-ın bir çox qalasını ələ keçirmişik və indi də onların cənubdakı qalalarına qarşı fəaliyyət göstəririk, – Halevi belə deyib.