Ən son xəbərlər:

06.12.2023/08:29/ Kiprdə banklar Rusiya rublu ilə bütün əməliyyatları dayandıracaq

Kiprdə banklar Rusiya rublu ilə bütün əməliyyatları dayandıracaq.

xeberaz.info xəbər verir ki, Kipr bank sektoruna səlahiyyətlilər rus rublu ilə bütün əməliyyatları dayandırmağı əmr edib. Bu barədə “Politis” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşr bu qərarı Rusiyaya qarşı sanksiyaların mümkün pozulması hallarının araşdırılması ilə əlaqələndirir.

Profilaktik məqsədlər üçün bank sektoruna rublla bütün əməliyyatları dayandırmaq tapşırılıb, – nəşr belə yazır. Eyni zamanda, ölkənin hüquq və mühasibat idarələri ruslara Kiprdə yaşamaq və işləmək icazəsi almağa, habelə vergi güzəştlərindən istifadə etməyə imkan verən sürətləndirilmiş biznes qeydiyyatı proseduru zamanı mümkün sui-istifadə halları ilə bağlı araşdırmalar aparır, – qəzet belə qeyd edir.